Şüvəlanda, dənizin tam yaxınlığında yerləşən bu çox fərqli və xüsusi bağ evi kirayə verilir. Bura sadəcə gecələmək üçün ev deyil, adamın özünə aid şəxsi istirahət zonası kimidir. Yay aylarını tam dinc, rahat və şəhərin səs-küyündən uzaq keçirmək üçün hər bir detal xüsusi zövqlə hazır edilib.
Həyətdə böyük bir əsas ev və əlavə olaraq iki dənə də ayrıca birmərtəbəli ev var. Bu forma kirayə üçün çox rahatdır; böyük ailələr, qohumlar və ya dostlar bir yerdə dincələndə hamının öz şəxsi məkanı və rahatlığı qorunur, kimsə kiməsə mane olmur.
İstirahət və günün xoş keçməsi üçün hər şey əlinin altındadır: böyük hovuzu, ayrıca sauna və türk hamamı olan özünəməxsus SPA sahəsi var. Həyəti isə tamam başqa aləmdir; hər tərəf yamyaşıl, qulluq olunmuş ağaclar, sərinlik verən dekorativ şəlalələr və axşamlar oturub söhbət etmək üçün rahat naveslərlə doludur.
Bir sözlə, dəniz kənarında tam sakitlik, komfort və hüzur axtaranlar üçün çox ideal məkandır. İstər aylıq, istərsə də bütün mövsüm üçün götürmək olar. Reallıqda gəlib baxanda insan buranın ab-havasını və fərqini daha yaxşı hiss edir. Kirayə götürmək üçün ciddi fikri olanlar əlaqə saxlasın