Tbilisi prospekti, Avropa otelinin tam yaxınlığında yerləşən 3 mərtəbəli, 8 otaqlı möhtəşəm villa yalnız film, serial, klip və reklam çəkilişləri üçün kirayə verilir. Gündəlik yaşayış və ya tədbirlər üçün qətiyyən verilmir.
Evin həm daxili interyeri (geniş otaqları, pilləkən zonası, fərqli dizaynı), həm də geniş, yaşıl və hündür divarlarla əhatə olunmuş həyəti müxtəlif süjet xətlərini çəkmək üçün çox idealdır. Villanın memarlıq üslubu və fərqli rakursları kadrlarda çox zəngin və estetik görünür. Yaradıcı qrupların (kamera, işıq və digər avadanlıqların) rahat hərəkət etməsi və yerləşməsi üçün həm daxildə, həm də həyətdə kifayət qədər geniş sahə var.
Şəhərin mərkəzində yerləşdiyi üçün çəkiliş komandasının gediş-gəlişi və logistikası baxımından da çox rahat məkandır.
Çəkiliş müddətindən və layihənin xarakterindən asılı olaraq qiymət və digər şərtlər yerindəcə, fərdi olaraq danışılacaq. Ciddi layihələr üçün maraqlanan prodüserlər və rejissor assistentləri əlaqə saxlaya bilərlər.